Dünya

ABŞ-də 24 yaşlı gənc başına saplanmış qəssab bıçağı ilə 20 dəqiqə şəhərdə gəzib

09 Dec 2025, 07:42 1 baxış
ABŞ-də 24 yaşlı gənc başına saplanmış qəssab bıçağı ilə 20 dəqiqə şəhərdə gəzib
Həkimlər ABŞ-nin Ayova ştatında başına saplanmış qəssab bıçağı ilə şəhərdə gəzən 24 yaşlı gənci xilas ediblər. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, sərxoş halda qohumu ilə mübahisə edən gənc başından ağır xəsarət alıb. Böyük qəssab bıçağı zərərçəkənin başına o qədər möhkəm saplanıb ki, bıçağın sapı qırılaraq kəllə sümüyünün içində qalıb. Hadisədən sonra birtəhər küçəyə çıxan şəxs başına saplanan bıçaqla təxminən 20 dəqiqə şəhərdə dolaşıb, daha sonra isə yıxılıb. Təcili yardım əməkdaşları onu Syu-Siti şəhərindəki xəstəxanaya çatdırıb, ardından helikopterlə Omahaya aparıblar. Cərrahların bıçağı çıxarmaq üçün keçirdiyi altı saatlıq əməliyyatdan sonra gəncin həyatını xilas etmək mümkün olub. Möcüzə nəticəsində sağ qalan şəxs uzunmüddətli müalicədən sonra xəstəxanadan evə buraxılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər