Dünya

Rahat yuxunun sirri: Yeni nəsil adyallar və beyin stimulyatorları

09 Dec 2025, 03:16 1 baxış
Rahat yuxunun sirri: Yeni nəsil adyallar və beyin stimulyatorları
Sərinləşdirici adyal və neyrostimulyator yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Oxu.Az xəbər verir ki, bunu "Verçnaya Moskva" nəşrinə psixoloq Anton Kuznetsov bildirib. Sərinləşdirici adyal yaxşı hava­keçirmə xüsusiyyətinə malik xüsusi parçadan hazırlanır. Neyrostimulyator isə beyin fəallığını nəzarətdə saxlayan və asan yuxuya getməyə kömək edən alın sarğısıdır. Ekspert qeyd edib ki, dan yerinin sökülməsini (ağarmasını) imitasiya edən ağıllı zəngli saat rahat oyanmaq üçün faydalıdır. Onu smartfon və ya planşetlə uyğunlaşdıraraq səsgücləndirici kimi istifadə etmək mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər