Dünya

Belçika millisinin sabiq futbolçusu vəfat etdi

09 Dec 2025, 00:24 1 baxış
Belçika millisinin sabiq futbolçusu vəfat etdi
"Anderlext" klubu və Belçika millisinin keçmiş müdafiəçisi Qlen De Buk beyin qanaması səbəbindən vəfat edib. Oxu.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Məlumata görə, keçmiş futbolçu 54 yaşında Antverpendə həyatını itirib. Ailəsinin sözlərinə görə, o, evdə olarkən ağır beyin qanaması keçirib, sonra dərin komaya düşüb və bir daha ayılmayıb. Qeyd edək ki, Qlen De Buk karyerası ərzində Belçika millisində 36 oyun keçirib və bir qol vurub. Peşəkar futboldan ayrıldıqdan sonra De Buk məşqçi kimi fəaliyyət göstərib. Onun çalışdırdığı son klubu "Kortreyk" olub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər