Kriminal

Dəhşətli qəzanın təfərrüatı: Ailə məhv oldu... - Video

08 Dec 2025, 21:51 1 baxış
Dəhşətli qəzanın təfərrüatı: Ailə məhv oldu... - Video

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda “Leksus” markalı avtomobilin su kanalına düşməsi nəticəsində 5 nəfər həyatını itirib.


Axar.az xəbər verir ki, hadisədə ölənlərin yaxınları danışıblar.


Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib:


“Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər, maşını 150 km/saat sürətlə sürüb, idarə edə bilməyib. Gənclərə tövsiyəm odur ki, ehtiyatlı olun, bala”.


Həlak olanlardan biri – 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib:


“Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum – üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular”.


Daha ətraflı Baku TV-nin süjetində:


Mənbə axar.az

Oxşar Xəbərlər