Kriminal
Siyəzəndə qoyun-keçi oğrusuna hökm oxundu
Siyəzəndə səkkiz baş keçi və yeddi baş qoyunu oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub. Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 21-də baş verib. Belə ki, əslən Kəlbəcər rayonundan olan və Siyəzəndə məskunlaşmış təqsirləndirilən şəxs V.Əlişov (şərti) Siyəzən rayonunun Dərə Zarat kəndində yerləşən, kənd sakinləri arasında "Köhnə yataq" kimi adlanan əraziyə gələrək səkkiz baş keçi və yeddi baş qoyunu oğurlayaraq, "Chevrolet Colorado" markalı minik avtomobili ilə aparıb. Müttəhim izahatında bildirib ki, növbəti gün polis əməkdaşları tərəfindən "Chevrolet Colorado" minik markalı avtomobili saxlanılıb. O, oğlu S.Əlişova (ad-soyad şərtidir) bu barədə məlumat verərək, 15 baş xırdabuynuzlu heyvanı təcili olaraq sahibinə qaytarmasını tapşırıb. Bundan sonra S.Əlişov polis əməkdaşları ilə birlikdə Siyəzən rayonunun Dərə Zarat kəndinə gedərək heyvanları sahibinə təhvil verib. Siyəzən Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Rəşid Qarayev
Mənbə
oxu.az
Oxşar Xəbərlər