Kriminal
Bakıda arvadını döyərək qətlə yetirən şəxsə ağır cəza verilib
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Əmirovun cinayət işinin məhkəməsi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq təqsirləndirilən Rəşad Əmirov 17 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışı zamanı təqsirləndirilənin 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi Qeyd edək ki, hadisə 2025-ci il mayın 27-də Bakının Nizami rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Araşdırmalarla məlum olub ki, Ləman Əmirova həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirilib. Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində CM-in 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı məlum olub ki, Ləman Əmirovanın qətlə yetirilməsinə əsas səbəb onun bacısı Səbinə Vəliyevanın sürdüyü həyat tərzi olub. Elgün Həsənli
Mənbə
oxu.az
Oxşar Xəbərlər