Kriminal

İnşaatçılar prospektində binanın zirzəmisi su ilə dolub - Şikayət

08 Dec 2025, 13:28 1 baxış
İnşaatçılar prospektində binanın zirzəmisi su ilə dolub - Şikayət
Yasamal rayonunun İnşaatçılar prospektində yaşayış binalarından birinin zirzəmisi su ilə dolub. Sakinlərin Oxu.Az-a göndərdiyi videogörüntülərdən məlum olur ki, zirzəmidə iki-üç metr dərinlikdə çirkab suları toplanıb. Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-a bildirilib ki, şikayət müvafiq rayon sukanal idarəsinə yönləndirilib, əraziyə briqada cəlb edilib. Araşdırmadan sonra lazımi tədbirlər görüləcək.
İnşaatçılar prospektində binanın zirzəmisi su ilə dolub - Şikayət
Mənbə oxu.az

Oxşar Xəbərlər