Kriminal

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

08 Dec 2025, 12:46 1 baxış
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini - 2004-cü il təvəllüdlü Tayfur Xəyal oğlu Zərgərov və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Ayxan Rövşən oğlu Aslanov şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər