Kriminal
Bərdədə qidadan zəhərlənən bir ailənin dörd üzvünün VƏZİYYƏTİ AÇIQLANDI
Bərdə rayonunda qidadan zəhərlənən bir ailənin dörd üzvünün vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib. "07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub. Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd edilib. Şükufə Süleymanlı Bərdə rayonunda bir ailənin dörd üzvü qidadan zəhərlənib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib. 1968-ci il təvəllüdlü Vüqar Əliyev, həyat yoldaşı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. T.Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər