Kriminal

Masazırda avtomobil yanıb: Ölən və yaralılar var

08 Dec 2025, 03:44 1 baxış
Masazırda avtomobil yanıb: Ölən və yaralılar var
Abşeronda avtomobilin yanması nəticəsində bir nəfər ölüb. Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb. BMW markalı minik avtomobili anidən alovlanıb. Nəticədə, nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir. Hadisənin baş vermə səbəbi araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər