Kriminal
Sumqayıtda 7 aylıq körpə qızdırmadan ölüb
Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb. Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib. Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər