Kriminal
Göygöldə "Niva" aşdı: ölən var
Göygöldə ölümlə nəticələnən ağır qəza olub.
Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan NİVA markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Minik maşını aşandan sonra deformasiyaya uğrayıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Mənbə
axar.az
Oxşar Xəbərlər