Siyasət

Azərbaycan tələbələri "Samarqand-2020" Olimpiadasında uğurlu çıxış ediblər

07 Dec 2025, 19:18 1 baxış
Azərbaycan tələbələri "Samarqand-2020" Olimpiadasında uğurlu çıxış ediblər
5-6 dekabr tarixlərində Səmərqənd şəhərində tibb tələbələri arasında VI Beynəlxalq "Samarqand-2020" Olimpiadası keçirilib. Oxu.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin tələbələri yarışda yüksək peşəkarlıq, möhkəm nəzəri biliklər və əla praktiki bacarıqlar nümayiş etdirərək, ölkəmizi layiqincə təmsil etdilər. Fəxri birinci yerlərə layiq görülən tələbələr Mehin Rəştiyeva, Məryəm Əhmədli, Aytən Ələkbərova olublar. İkinci yeri Mədinə Şahgəldiyeva tutub. Bundan əlavə, Əsmər Astanlı, Fazil Umudzadə, Zərifə Qurbanova, Rabit Arıxov, Cəbar Süleymanov yüksək nəticə göstərərək Olimpiadanın müxtəlif kateqoriyalarında nominasiyalar qazanıblar. ATU tələbələrinin uğurlu çıxışı Azərbaycan tibb məktəbinin keyfiyyətini bir daha təsdiqləyib və beynəlxalq akademik əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verib. Onların nəticələri peşəkarlıq və ölkəmizin layiqli şəkildə təmsil olunmasının parlaq nümunəsinə çevrilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər