Dünya

İsmayıl Bəqayi: "İran və ABŞ arasında birbaşa diplomatik kanal yoxdur"

07 Dec 2025, 16:48 1 baxış
İsmayıl Bəqayi: "İran və ABŞ arasında birbaşa diplomatik kanal yoxdur"
"Tehran və Vaşinqton arasında xüsusi və ya birbaşa diplomatik kanal mövcud deyil". Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib. Onun sözlərinə görə, iki ölkə arasındakı rəsmi ünsiyyət yalnız Tehranda İsveçrə səfirliyindəki ABŞ Maraqlarının Müdafiəsi Ofisi və Vaşinqtonda İran Maraqlarının Müdafiəsi Ofisi vasitəsilə həyata keçirilir. Sözçü vurğulayıb ki, ABŞ danışıqlar üçün əvvəlcə öz davranışlarını dəyişməlidir: "ABŞ-nin İranın daxili işlərinə müdaxiləsi uzun bir tarixə malikdir. Vaşinqton illərdir "məntiqi danışıqlar" ifadəsini işlətsə də, praktika bu yanaşmanın əslində diktə xarakteri daşıdığını göstərib. Konstruktiv dialoq üçün ABŞ yanaşmasını və dünyagörüşünü dəyişməlidir. Lakin vərdişləri dəyişdirmək çox vaxt çətin, hətta bəzən qeyri-mümkündür".
İsmayıl Bəqayi: "İran və ABŞ arasında birbaşa diplomatik kanal yoxdur"
Mənbə oxu.az

Oxşar Xəbərlər