Dünya
Trampın xüsusi nümayəndəsi Rusiya və Ukraynanın müharibədəki ümumi itkilərini səsləndirdi
"Müharibədə Rusiya və Ukraynanın ümumi itkiləri iki milyon nəfəri keçib". Oxu.Az Strana.ua-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq bildirib. O, SSRİ-nin 18 min əsgər itirdikdən sonra Əfqanıstandan, ABŞ-nin isə 58 min əsgər itirdikdən sonra Vyetnamdan çıxdığını xatırladıb: "Rusiya və Ukrayna ümumilikdə iki milyondan çox insan itirib. Bu barədə düşünün. Bunlar dəhşətli rəqəmlərdir".
Mənbə
oxu.az