Dünya
Yaponiya Çinə etiraz bildirdi
"Çinin "J-15" qırıcıları iki dəfə radarlarını Okinava adası yaxınlığındakı beynəlxalq sular üzərində uçan Yaponiyanın "F-15" qırıcılarına yönəldib". Oxu.Az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi deyib. O, həmçinin Çinə qəti etirazını bildirib: "Bu təhlükəli bir hərəkət idi və bundan dərin təəssüf hissi keçirirəm. Biz Çin tərəfinə qəti etirazımızı bildirdik və gələcəkdə belə halların baş verməməsini təkidlə tələb etdik".
Mənbə
oxu.az