Siyasət
Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X sosial media hesabında paylaşım edib.
"Azərbaycan-KƏŞ münasibətlərinin uğurlu inkişafı barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik", - Prezidentin köməkçisi qeyd edib.
Mənbə
axar.az
Oxşar Xəbərlər