Dünya

Hindistanda gecə klubunda baş vermiş yanğında 25 nəfər ölüb

07 Dec 2025, 09:20 1 baxış
Hindistanda gecə klubunda baş vermiş yanğında 25 nəfər ölüb
Hindistanın Qoa ştatında gecə klubunda baş vermiş yanğın nəticəsində 25 nəfər həlak olub, onların arasında azı 4 turist var. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat polis rəisi Alok Kumarın açıqlamasında yer alıb. Kumarın sözlərinə görə, daha yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilir. Hadisə nəticəsində azı 50 nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata görə, Arpora kəndindəki "Birch by Romeo Lane" adlı gecə klubunda baş vermiş yanğının səbəbi müəssisənin mətbəxindəki qaz balonunun partlaması olub.
Hindistanda gecə klubunda baş vermiş yanğında 25 nəfər ölüb
Mənbə oxu.az

Oxşar Xəbərlər