Siyasət
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib. "Azərbaycan-KƏŞ münasibətlərinin uğurlu inkişafı barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik", - Prezidentin köməkçisi qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər