Dünya

Cənubi Afrika Respublikasında barda kütləvi qətl: Üçü azyaşlı olmaqla 11 nəfər öldürüldü

07 Dec 2025, 08:02 1 baxış
Cənubi Afrika Respublikasında barda kütləvi qətl: Üçü azyaşlı olmaqla 11 nəfər öldürüldü
Cənubi Afrika Respublikasının qərb hissəsində yerləşən Pretoriyada 11 nəfər, o cümlədən 3 azyaşlı öldürülüb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə CAR polisinin briqada generalı Atlenda Mate məlumat verib. "Müvafiq lisenziya olmadan fəaliyyət göstərən barda kütləvi qətl hadisəsi baş verib. Güllə yarası almış 11 nəfər həlak olub, onlardan ən kiçiyinin 3 yaşı var. 14 nəfər isə yaralıdır, onlar xəstəxanaya yerləşdiriliblər", - o bildirib. Hadisənin təfərrüatı araşdırılır, canilər axtarılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər