Dünya
2025-ci ilin ən yaxşı mahnısı seçildi
Amerikalı müğənni Ledi Qaqanın "Abracadabra" mahnısı 2025-ci ilin ən yaxşı hiti seçilib. Oxu.Az xəbər verir ki, mahnı "Rolling Stone" jurnalının siyahısında birinci yerdədir. Reytinqin qalan hissəsində digər məşhur sənətçilər - Sabrina Karpenter, Kendrik Lamar, SZA və Teylor Svift yer alıblar. Xatırladaq ki, ötən il ilk yeri Çappel Roanın "Good Luck, Babe!" mahnısı tutub.
Mənbə
oxu.az