Dünya
ABŞ 1 dollara 250 ədəd ZTR satır
Amerika Birləşmiş Ştatları Polşaya cəmi 1 dollara 250 ədəd istifadə olunmuş "Stryker" zirehli transpartyor almağı təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə "Breaking Defense" məlumat yayıb. Polşa baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, hazırda məhsulların logistikası məsələsi işlənib hazırlanır. Onun sözlərinə görə, təklif olunan plana əsasən, hazırda Avropada olan "Stryker" zirehli maşınları qitədəki qoşunların geri çəkilməsindən sonra ABŞ-yə geri göndərilmək əvəzinə Polşaya köçürüləcək. Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı artıq bu müqaviləni təsdiqləyib.
Mənbə
oxu.az