Dünya

Zelenski Uitkofla ərazi məsələləri və təhlükəsizlik zəmanətlərini müzakirə etdi

07 Dec 2025, 01:24 1 baxış
Zelenski Uitkofla ərazi məsələləri və təhlükəsizlik zəmanətlərini müzakirə etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə telefon danışığı aparıb. Oxu.Az "Axios"a istinadən xəbər verir ki, tərəflər Ukrayna üçün ərazi məsələləri və təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. "Axios" Rusiya və Ukrayna ilə ərazi məsələlərinin müzakirəsini mürəkkəb bir proses kimi təsvir edib. Məlumata görə, Rusiya Ukraynadan qoşunlarını Donbas vilayəti ərazilərindən çıxarmağı tələb edir, lakin ABŞ münaqişənin həlli üçün yeni ideyalar hazırlamağa çalışır.
Mənbə oxu.az

Oxşar Xəbərlər