Kriminal
Şəmkirdə qəza baş verib, bir nəfər ölüb
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, rayon ərazisində VAZ və "Hyundai" markalı avtomobillər toqquşublar. Nəticədə, 1956-cı il təvəllüdlü H.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər