Dünya

Tailandda lokomotiv turistləri daşıyan sərnişin qatarına çırpılıb

06 Dec 2025, 22:24 1 baxış
Tailandda lokomotiv turistləri daşıyan sərnişin qatarına çırpılıb
Tailandın qərbindəki Kançanaburi əyalətində lokomotivlə turistləri daşıyan sərnişin qatarı arasında baş verən toqquşmada on səkkiz nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır. Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə Namtok dəmir yolu stansiyasında, sərnişin vaqonlarının planlaşdırılan lokomotiv dəyişikliyini gözlədiyi yerdə baş verib. Qısa müddət sonra yaxınlaşan dizel lokomotivi qəfildən böyük qüvvə ilə sərnişin vaqonuna çırpılıb. Stansiya işçilərinin sözlərinə görə, qəzaya lokomotivdəki nasazlıq səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər