Dünya

"Formula-1": Əbu-Dabi Qran-prisinin təsnifatını Ferstappen qazandı

06 Dec 2025, 19:24 1 baxış
"Formula-1": Əbu-Dabi Qran-prisinin təsnifatını Ferstappen qazandı
"Red Bull" pilotu Maks Ferstappen cari "Formula-1" çempionatının 24-cü mərhələsi olan Əbu-Dabi Qran-prisinə ilk sıradan başlayacaq. Oxu.Az xəbər verir ki, yarış "Yas Marina" dairəsində keçirilir. "McLaren" komandasının britaniyalı pilotu Lando Norris təsnifat mərhələsində ikinci yeri tutub. Onun avstraliyalı komanda yoldaşı Oskar Piastri ilk üçlüyü tamamlayıb. Əsas yarış bazar günü keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər