Dünya
İngiltərə Premyer Liqası: "Arsenal" son anda məğlub oldu
İngiltərə Premyer Liqasının 15-ci turunda "Aston Villa" Birmingemdə lider "Arsenal"ı qəbul edib. Oxu.Az xəbər verir ki, oyun ev sahibi komandanın xeyrinə - 2-1 hesabı ilə başa çatıb. 36-cı dəqiqədə "Aston Villa"dan Metti Keş hesabı açıb, 52-ci dəqiqədə Leandro Trossard oyunda tarazılıq yaradıb. 90+5-ci dəqiqədə isə Emiliano Buendia Birmingem təmsilçisinin qələbə qolunu vurub. Bu oyundan sonra "Aston Villa" 30 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. Arsenal isə 33 xalla birincidir.
Mənbə
oxu.az