Siyasət

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

06 Dec 2025, 16:16 1 baxış
Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Bir-iki il əvvəl Ermənistan və Azərbaycanın narrativləri ziddiyyətli idi, amma indi onlar, əsasən, oxşardır.


Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha Beynəlxalq Forumunda keçirilən panel müzakirəsində deyib.


"Bir-iki il əvvəl biz hər fürsətdə ziddiyyətli məqamları müzakirə edərdik. İndi onların çoxu oxşardır. Bəziləri üst-üstə düşmür, lakin mən əminəm ki, gələcək perspektivlərimizi yaxşılaşdırmaq üçün əməkdaşlığımızı gücləndirəcəyik", - deyə Qriqoryan bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər