Dünya
Kanada Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından çıxardı
Kanada hökuməti Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından çıxarıb. Oxu.Az Rusiya saytlarına istinadən xəbər verir ki, məlumatı Kanada Xarici İşlər Nazirliyi yayıb. Bundan başqa, Kanada "Həyat Təhrir əş-Şam"ı da daha terror təşkilatı hesab etmir. "Kanada hökuməti ciddi araşdırmalardan sonra Suriyanı terrorizmi dəstəkləyən əcnəbi ölkələr, "Həyat Təhrir əş-Şam"ı isə terrorçu təşkilatlar siyahısından çıxarıb", - Kanada XİN-dən bildiriblər.
Mənbə
oxu.az