Dünya

Qvadelupa adasında insident: Avtomobili Milad yarmarkasına yığışan insanların üzərinə sürdülər

06 Dec 2025, 15:34 1 baxış
Qvadelupa adasında insident: Avtomobili Milad yarmarkasına yığışan insanların üzərinə sürdülər
Fransanın dənizaşırı bölgəsi olan Qvadelupa adasının Sent-Ann şəhərində sürücü avtomobili Milad bazarında izdihamın üzərinə sürüb. Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, insident zamanı 19 nəfər yaralanıb ki, onların içində uşaqların da olduğu deyilir. Yerli medianın məlumatına görə, yaralılardan üçünün vəziyyəti ağırdır. Həmçinin 10 nəfərin öldüyü iddia olunur. Hadisəni araşdıran dövlət məmuru sürücünün alkoqol və narkotik vasitənin təsiri altında olduğunu bildirib. Şahidlər kişinin sükan arxasında olduğu zaman vəziyyətinin pisləşdiyini ehtimal edirlər, lakin bu da rəsmi olaraq təsdiqlənməyib. Hazırda araşdırma aparılır. Şəhər meri zərərçəkmişlərə və onların ailələrinə dəstək üçün böhran qrupu yaradıb.
Qvadelupa adasında insident: Avtomobili Milad yarmarkasına yığışan insanların üzərinə sürdülər
Mənbə oxu.az

Oxşar Xəbərlər