Kriminal

Bakıda avtomobildən 6500 manat oğurlayan şəxsi polis saxladı

06 Dec 2025, 14:22 1 baxış
Bakıda avtomobildən 6500 manat oğurlayan şəxsi polis saxladı
Bakıda avtomobil qarət olunub. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki "Mercedes" markalı avtomobildən 6 500 manat oğurlayıb. Avtomobil sahibi bu barədə polisə müraciət edib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb. Rayon ərazisində digər bir şəxsin 1 200 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər