Dünya
Mask Avropa İttifaqını ADR-in xüsusi xidmət orqanları ilə müqayisə etdi
ABŞ-li sahibkar İlon Mask Avropa hökumətinin onun "X" platformasını cərimələməsini kəskin tənqid edib. Oxu.Az xəbər verir ki, İ.Mask öz sosial şəbəkə hesabında bu barədə yazıb. O, Avropa İttifaqının sözügedən addımını ADR-in (Almaniya Demokratik Respublikası) dövlət təhlükəsizliyi xidməti - "Ştazi"nin metodları ilə müqayisə edib. "Avropa İttifaqının "Ştazi"dən olan beynəlxalq komissarları tezliklə Streyzand effektinin nə demək olduğunu anlayacaqlar", - Mask yazıb. Başqa sözlə, sahibkar ona işarə edib ki, informasiyanı görməzlikdən gəlmək və ya gizləmək onun daha geniş yayılmasına gətirib çıxarır.
Mənbə
oxu.az