Kriminal
Zaqatalada qadını maşın vuraraq öldürüb
Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 6-sı səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb. Belə ki, Rövşən Hazmanov idarə etdiyi VAZ-21099 markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır. Aygün Mirakif
Mənbə
oxu.az
Oxşar Xəbərlər