Dünya

Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşub: Ölənlər və yaralananlar var

06 Dec 2025, 12:16 1 baxış
Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşub: Ölənlər və yaralananlar var
Türkiyənin Osmaniye şəhərinin Bahçe rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, qəza nəticəsində altı nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar Osmaniyedəki müxtəlif xəstəxanalara aparılıblar. Qəza səbəbindən magistral yolun Qaziantep istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tək zolaqla məhdudlaşdırılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər