Dünya

Praqadakı "rəqs edən ev" və Bilbaodakı Quqqenhaym Muzeyinin memarı vəfat etdi

06 Dec 2025, 03:04 1 baxış
Praqadakı "rəqs edən ev" və Bilbaodakı Quqqenhaym Muzeyinin memarı vəfat etdi
Amerikalı memar Frenk O.Qeri Kaliforniyada 96 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri onun nümayəndəsi Meqan Lloyda istinadən məlumat yayıb. Məlumata görə, memar Kaliforniyanın Santa-Monika şəhərindəki evində vəfat edib. Lloyd onun ölümünün qısamüddətli tənəffüs xəstəliyindən sonra baş verdiyini bildirib. Qeyd edək ki, Qeri İspaniyanın Bilbao şəhərindəki Quqqenhaym Muzeyini, Praqadakı "rəqs edən ev"i və Parisdəki "Fondation Louis Vuitton" binasını layihələndirib. Onun digər layihələri sırasına Los-Ancelesdəki Uolt Disney Konsert Zalı və Mayamidəki Yeni Dünya Mərkəzi daxildir. 1989-cu ildə Frenk Qeri memarlıq sahəsində ən nüfuzlu mükafat olan və "memarlıq üzrə Nobel mükafatı" adlandırılan Pritsker mükafatını alıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər