Dünya

İsrail prezidenti Səudiyyə Ərəbistanı ilə sülh sazişi bağlamaq arzusundadır

05 Dec 2025, 18:16 3 baxış
İsrail prezidenti Səudiyyə Ərəbistanı ilə sülh sazişi bağlamaq arzusundadır
İsrail Prezidenti İsxak Hersoq Səudiyyə Ərəbistanı ilə sülh sazişini bağlamaq arzusunda olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, o bu barədə ABŞ-nin "Newsweek" jurnalına müsahibəsində deyib. "Mən sülh tərəfdarıyam, məsələn, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudla sülh sazişi bağlamağı arzulayıram", - deyə İsrail prezidenti bildirib. O qeyd edib ki, Ər-Riyadla münasibətlərin yaxşılaşması həm onun üçün, həm də bütün region üçün vacib hadisə olacaq. Hersoqun sözlərinə görə, Yaxın Şərqin gələcəyi yəhudilər və müsəlmanlar arasında dialoqdan asılıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər