Kriminal
Gəncədə qadın sürücü kuryerə hücum etdi, polis hərəkətə keçdi
Gəncə şəhərində qadın sürücü ilə kuryerin küçədə dava etməsi ilə bağlı görüntülər yayılıb. Oxu.Az-ın məlumatına görə, görüntüdə 90-NY-810 dövlət nömrə nişanlı "Chevrolet Cruz" markalı avtomobilin qadın sürücüsü mopedlə hərəkətdə olan gənc kuryerə hücum edir, onu döyməyə çalışır və ünvanına nalayiq ifadələr işlədir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır: "Məsələyə hüquqi qiymət veriləcək". Samir Əli

Mənbə
oxu.az
Oxşar Xəbərlər