Dünya

Merts Berlində Paşinyanla görüşəcək

05 Dec 2025, 17:38 3 baxış
Merts Berlində Paşinyanla görüşəcək
Almaniya Kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edəcək. Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hill məlumat verib. "Dekabrın 9-da, təxminən saat 16:00-da (Bakı vaxtı ilə 19:00 - red.) Almaniya kansleri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunacaq", - deyə Hill bildirib. Onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər