Kriminal
Yevlaxda yanğında ölən qadının qonşusu: "Qızı qoymadı qapını sındırım"
"Giriş qapısını qırmaq istədim. Qızı qoymadı qapını qıram, dedi, o biri tərəfdəki qapını qırın açın". Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, bu sözləri Yevlaxda yanğın zamanı ölən Nərgiz Mikayılovanın qonşusu Oqtay Süleymanov deyib. O bildirib ki, birinci mərtəbədə baş verən yanğının tüstüsü üst mərtəbəyə də dolubmuş: "Bizim evə də tüstü dolmuşdu. Çox gur tüstü idi. Bəlkə də qadın tüstüdən boğulub ölüb. İlk köməyə mən gəldim. Giriş qapısını qırmaq istədim. Qızı qoymadı qapını qıram, dedi, digər tərəfdəki qapını qırın, açın. Qapının arxası bağlı idi, lomla qırıb açdım. Gücüm çatanı etdim. Gecə idi, yanğınsöndürənlər vaxtında gəlməsəydi, yanğın yayıla və daha çox sakin yanıb ölə bilərdi".
Yevlaxda baş verən yanğın hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 5-də,saat 01:20-də iki nəfər (bir kişi, bir qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova Yevlaxdakı yanğının təfərrüatı məlum olub. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yanğın Nərgiz Savalan qızı Mikayılovaya məxsus, şəhərin S.Vurğun küçəsi, bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan dörd otaqlı mənzilin 20 kvadratmetr sahəsini əhatə edib. Həmin hissədə evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın nəticəsində mənzilin sahibi ölüb. Yevlax şəhər sakinləri - Yasəmən Mayıl qızı Vahabova və Kamran Mayıl oğlu Mehdiyev xəsarət alıblar. Yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısı olublar. Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub. Yevlaxda yanğın hadisəsi baş verib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb. Xəsarət alanlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Yevlax RMX-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, dekabrın 5-də saat 01:20-də 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər