Dünya

Donald və Melaniya Tramp Ağ Evdə Milad ağacının işıqlarını yandırdılar

05 Dec 2025, 17:02 3 baxış
Donald və Melaniya Tramp Ağ Evdə Milad ağacının işıqlarını yandırdılar
ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evin cənub tərəfindəki parkda bayram ağacının işıqlarını yandırıblar. Bu barədə Oxu.Az "RİA Novosti"yə istinadən məlumat verir. Məlumata görə, ağac Virciniyadan gətirilib. Milli müsabiqədə qalib gələn ferma ağacı bağışlamaq hüququ əldə edib. Tramp gələnə qədər tədbirdə qonaqları ABŞ estradasının ulduzları əyləndiriblər. Bildirək ki, ABŞ-də Milad dekabrın 25-də qeyd olunur. Bu mərasim 100 ildən çoxdur ki, keçirilir, 1923-cü ildə Milad ağacının işıqlarını yandıran ilk şəxs Kelvin Kulic olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər