Dünya

İndoneziyada daşqınlarda ölənlərin sayı artmaqda davam edir

05 Dec 2025, 13:26 6 baxış
İndoneziyada daşqınlarda ölənlərin sayı artmaqda davam edir
İndoneziyanın Sumatra adasında baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 846 nəfər ölüb, daha 547 nəfər itkin düşmüş sayılır. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyindən məlumat verilib. Məlumata görə, fəlakət nəticəsində təxminən 2700 nəfər yaralanıb. Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 800-ü keçdiyi bildirilirdi. İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi fəlakətin bölgədə bir həftədən çoxdur davam edən güclü yağışlar nəticəsində baş verdiyini nəzərə çatdırıb. Sel axınları yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub, xilasedicilərin daha çox zərər çəkmiş ərazilərə çatmasına maneələr yaradıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər