Dünya

Kaliforniyanı nəhəng "radiasiya dumanı" bürüyüb

05 Dec 2025, 12:52 6 baxış
Kaliforniyanı nəhəng "radiasiya dumanı" bürüyüb
ABŞ-nin Kaliforniya ştatında 650 kilometr məsafədə nəhəng "radiasiya dumanı" ("Tule" dumanı) müşahidə olunur. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, yerli meteoroloqlar keçən həftədən etibarən Mərkəzi Kaliforniyada qatı dumanın olacağı ilə bağlı xəbərdarlıqlar ediblər. Sakramento, Fresno, Beykersfield, Oklend və Stokton da daxil olmaqla bir çox böyük şəhərləri qatı duman bürüyüb. Xəbərdə bildirilir ki, "Tule" təxminən hər il noyabrın sonlarında bölgəyə enir, pik nöqtəsi dekabr-yanvar aylarına təsadüf edir, martdan etibarən dağılır. Təhlükə ondan ibarətdir ki, fabrik və zavodlardan buraxılan kimyəvi maddələrin hissəcikləri "radiasiya dumanı"nda ilişib qalır, əhali arasında tənəffüs yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Qatı dumanda yol qəzalarının sayı da kəskin artır. Məsələn, 2007-ci ilin noyabrında duman magistralda eyni vaxtda 108 avtomobilin toqquşmasına səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər