Kriminal
Arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs TUTULDU
Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Aysu İsmayılova bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Amin Mahmudov saxlanılıb. İlkin məlumata əsasən, qadın münaqişə zəminində bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər