Kriminal

Bu gün Əli Kərimli ilə bağlı qərar veriləcək

05 Dec 2025, 10:58 1 baxış
Bu gün Əli Kərimli ilə bağlı qərar veriləcək
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib. Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bu gün saat 14:20-də Bakı Apellyasiya Məhkəməsində Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq. Qeyd edək ki, 1 dekabrda Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Əli Kərimli barəsində 2.5 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər