Kriminal

Lökbatanda yanğında ölən dörd nəfərdən üçü ANA VƏ ÖVLADLARIDIR

05 Dec 2025, 09:14 1 baxış
Lökbatanda yanğında ölən dörd nəfərdən üçü ANA VƏ ÖVLADLARIDIR
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın zamanı ölənlərdən üçü bir ailənin üzvü imiş. Bu barədə Baku TV-yə hadisə şahidlərindən biri danışıb. "İki körpə uşaq və anaları ölüb, cavan gəlindir. Bir də Yusif dayı, yaşlı kişidir, doqquzuncu mərtəbədə yaşayırdı. Öz yoldaşım da zəhərlənib. Əlaqə saxladım indi, yaxşıdır. Əvvəl elə bildik uşaqların bayramda istifadə etdikləri pirotexniki vasitədir", - sakin bildirib. Daha ətraflı videomaterialda:


Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş yanğın nəticəsində 4 nəfər tüstüdən zəhərlənib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində Afət Müzəffər qızı İbrahimova (1974), Ramal Niyazi oğlu İbrahimov (2006), Sevinc Fazil qızı Əliyeva (1980) və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) tüstüdən zəhərləniblər. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 5-də, saat 03:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub. "Dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə yerində dörd nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan dörd nəfərdən üçünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova Lökbatanda baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub. Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın zamanı dörd nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda deyilir. Qeyd olunur ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.



Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində ikisi uşaq olmaqla ümumilikdə beş nəfər dünyasını dəyişib. Xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunublar. Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Lökbatanda yanğında ölən dörd nəfərdən üçü ANA VƏ ÖVLADLARIDIR
Mənbə oxu.az

Oxşar Xəbərlər