Kriminal

Neftçalada oğul 70 yaşlı atasını döydü

05 Dec 2025, 09:36 1 baxış
Neftçalada oğul 70 yaşlı atasını döydü
Neftçala rayonunda oğul atasını döyüb. Oxu.Az-ın məlumatına görə, hadisə Neftçala şəhəri, 6-cı məhəllədəki evlərdən birində baş verib. Şəhər sakini, 1979-cu il təvəllüdlü Ruslan Məmmədov (ad və soyad şərtidir) yaşadığı evdə 1955-ci il təvəllüdlü atası ilə mübahisə edib. Mübahisə nəticəsində Ruslan atasını yumruq və təpik zərbələri ilə döyüb, ona müxtəlif bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Neftçala Rayon Məhkəməsində keçirilən prosesdə ata ilə oğul arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər