Dünya

Braziliyada içində sərnişinlər olan təyyarə alovlandı

05 Dec 2025, 09:44 1 baxış
Braziliyada içində sərnişinlər olan təyyarə alovlandı
Braziliyanın Quarulyus şəhərində içində sərnişinlərin olduğu təyyarə uçuş-enmə zolağında alovlanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "TV Globo" məlumat verib. Məlumata görə, göyərtəsində təxminən 180 nəfərin olduğu "LATAM Brasil Airbus" şirkətinə məxsus "A320" təyyarəsini alov bürüyüb. Şahidlər bildiriblər ki, əvvəlcə salon kəskin tüstü ilə dolub, sonra isə pəncərədən alovlar görünüb. Ekipaj sərnişinlərin təcili təxliyəsinə başlayıb. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.
Braziliyada içində sərnişinlər olan təyyarə alovlandı
Mənbə oxu.az

Oxşar Xəbərlər