Digər
Xəbərdarlıq siqnalı verildi, təyyarə dərhal geri qayıtdı
Edinburqdan Londona uçan sərnişin təyyarəsi göyərtədə xəbərdarlıq siqnalı səbəbindən qısa müddət sonra hava limanına qayıdıb.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Airbus A321 təyyarəsi Edinburq hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra yerə göyərtədən xəbərdarlıq siqnalı göndərilib və bundan sonra heyət geri qayıtmaq qərarına gəlib”, - deyə bildirilib.
Hansı səbəbdən xəbərdarlıq siqnalının göndərildiyi məlum deyil.
Mənbə
axar.az