Dünya

Lyayen Rusiya ilə sülh müzakirələri üçün ilkin tələbləri açıqladı

25 Nov 2026, 17:20 2 baxış
Lyayen Rusiya ilə sülh müzakirələri üçün ilkin tələbləri açıqladı
Avropa Komissiyası (AK) Rusiya ilə aparılacaq danışıqlar üçün yeni ilkin şərtlərini irəli sürüb. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu AK-nın rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxışı zamanı açıqlayıb. Onun sözlərinə görə, irəli sürülən tələblər sırasına "energetika infrastrukturuna dair qış barışığı" və "Qara dənizdə gəmilərin təhlükəsiz hərəkəti üçün razılaşma" daxildir. AK rəhbəri qeyd edib ki, Brüssel yalnız bu şərtlər daxilində müzakirələrə başlamağa hazırdır. Eyni zamanda, fon der Lyayen Avropanın "Ukrayna ilə bağlı danışıqların növbəti mərhələsində iştirak edəcəyini" xüsusi olaraq vurğulayıb. Qeyd edək ki, noyabrın 13-də Brüsseldə baş tutan sammitdə Avropa İttifaqı (Aİ) liderləri Ukrayna üzrə nə danışıqlar aparacaq şəxsi təyin edə, nə də Aİ-nin danışıqlar mövqeyini dəqiqləşdirə biliblər. Bunun əvəzinə texniki müzakirələrdə Aİ-ni fon der Lyayenin aparat rəhbəri Byörn Zaybertin başçılıq etdiyi 7 nəfərlik qrupun təmsil edə biləcəyi təsdiqlənib. Həmin qrup əvvəllər Ukraynaya dəstək məqsədilə Əbu-Dabidəki danışıqlara da qatılmışdı. Bu heyətə Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri, Aİ-yə üzv olan dörd ölkə - Almaniya, Fransa, İtaliya və Polşa, həmçinin quruma daxil olmayan Böyük Britaniya nümayəndələri daxil olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər