İdman

İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar təsdiqlənib

25 Nov 2026, 18:02 2 baxış
İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar təsdiqlənib
"Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normalar" təsdiq edilib. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənədə əsasən, idman tədbirlərinin keçirilməsində dövlət büdcəsinin vəsaitlərindən istifadə edən Gənclər və İdman Nazirliyi gələn il üçün keçiriləcək idman tədbirlərinə tələb olunan zəruri vəsaitlərin ümumi hesablamalarını 1 iyul tarixinədək Maliyyə Nazirliyinə təqdim etməlidir. Qərar yanvarın 1-dən qüvvəyə minəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər